OPEC Azərbaycanın təşkilata üzvlüyə qəbuluna baxmağa hazırdır

OPEC Azərbaycanın təşkilata üzvlüyə qəbuluna baxmağa hazırdır
# 20 mart 2018 06:37 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) Azərbaycanın təşkilata üzvlüyə qəbuluna baxmağa hazırdır, bu variant müzakirə olunur.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu OPEC baş katibi Məhəmməd Barkindo bildirib.

M. Barkindo bütün variantların müzakirə olunduğunu qeyd edib.

Qeyd edək ki, bundan öncə KİV-lər açıqlanmayan mənbələrə istinadən M. Barkindonun Bakıya səfəri zamanı Azərbaycanın OPEC-ə üzvlüyü ideyasının müzakirə olunduğu barədə məlumat yayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR