Qoşqar Təhməzli: "Sahibkarlar ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaqlar"

Qoşqar Təhməzli: "Sahibkarlar ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaqlar"
# 29 iyun 2018 10:27 (UTC +04:00)

"Qida məhsullarının dövlət qeydiyyatının reyestrinin aparılması ASAN xidmətin müvafiq şöbələrində icra olunacaq".

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu günə qədər qida təhlükəsizliyinin qeydiyyatı ilə bağlı bu proses həyata keçirilməyib: “Sahibkarlar bu günə qədər gigiyenik sertifikatlar əldə edərək işlərini görürdülər. Lakin artıq həmin gigiyenik sertifikatlar ləğv edilib. Bu beynəlxalq standartların tələblərinə uyğun qaydadır".

O qeyd edib ki, sahibkarlar ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaqlar: "Bu beynəlxalq konvensiyalara uyğun şəkildə icra olunacaq. Dövlət rüsumları da artıq öz təsdiqini tapıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR