Qəbələdə keçirilən Gənc Pianoçuların III Beynəlxalq Müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOSESSİYA

Qəbələdə keçirilən Gənc Pianoçuların III Beynəlxalq Müsabiqəsinin qalibləri mükafatlandırılıb - <span style="color: red;">FOTOSESSİYA
# 30 iyul 2015 20:13 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə keçirilən Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Gənc Pianoçuların III Beynəlxalq Müsabiqəsi başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə iyulun 30-da Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində müsabiqə iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edənlər məlumat verib ki, bu yarışmada dünyanın 7 ölkəsindən Azərbaycana gələn və müxtəlif ölkələri, mədəniyyətləri təmsil edən bir çox tanınmış musiqi xadimləri, istedadlı gənc ifaçılar iştirak edib. İyulun 25-dən 31-dək davam edən festivalda ifaçılıq sənətində tanınmış musiqiçilərin konsertləri ilə yanaşı, gənc pianoçuların beynəlxalq müsabiqəsi də keçirilib, onlar üçün dünya şöhrətli musiqi xadimlərinin ustad dərsləri təşkil olunub.

Çıxışlardan sonra pianoçuların mükafatlandırılması mərasimi olub. Məlumat verilib ki, müsabiqədə Tatyana Şafran (Ukrayna) və Aiko Tomiya (Yaponiya) birinci, Nərgiz Kəngərli (Azərbaycan) və Yevgeni Antonova (Rusiya) ikinci yeri, Daniyel Neyman (İsrail) üçüncü yeri tutub. İştirakçılara mükafatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və tanınmış pianoçu Oksana Yablonskaya təqdim edib.

Xatırladaq ki, iyulun 31-də Gənc Pianoçuların III Beynəlxalq Müsabiqəsinin qaliblərinin konserti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR