Tərtərdə iki avtomobil toqquşub, ölən və yaralanan var

Tərtərdə iki avtomobil toqquşub, ölən və yaralanan var
# 10 dekabr 2017 20:50 (UTC +04:00)

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Tərtər-Bərdə avtomobil yolunun Buruc kəndi ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.

Bərdə rayonu, Alaçadırlı kənd sakini Zaur Bəylərovun idarə etdiyi “Land Cruiser” markalı, “90 ZG 909” dövlət nömrə nişanlı avtomobil Tərtər rayon sakini Quliyev Elşad İrşad oğlunun idarə etdiyi “KİA Rio” markalı “90 VB 893” dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində E.Quliyev aldığı yaralardan dünyasını dəyişib, digər sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR