Saakaşvilinin 100-dən çox tərəfdarı Ukrayna-Polşa sərhəd-keçid məntəqəsi yaxınlığında saxlanılıb

Saakaşvilinin 100-dən çox tərəfdarı Ukrayna-Polşa sərhəd-keçid məntəqəsi yaxınlığında saxlanılıb
# 10 sentyabr 2017 17:35 (UTC +04:00)

Ukrayna polisi “Krakoveç” sərhəd-keçid məntəqəsi yaxınlığında 100-dən çox insanı saxladığını açıqlayıb.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Polşadan Ukraynaya məhz bu sərhəd keçid məntəqəsindən keçmək niyyətindədir.

Polisin yaydığı məlumatda bildirilir ki, 100-dən çox xüsusi formalı şəxs Ukrayna-Polşa sərhədinə doğru hərəkət edərkən polis tərəfindən saxlanılıb. Saxlanılanlar şəxsiyyətləri müəyyənləşdirilir və onların “Krakoveç” sərhəd-keçid məntəqəsinə getməsinin səbəbi aydınlaşdırılır. Eyni zamanda yoxlamalar zamanı saxlanılanların üzərində qaz balonları, həyəcan siqnalı üçün nəzərdə tutulan tapança, metal predmetlər aşkarlanıb. Saxlanılanlar arasında tələbələr və 3 yetkinlik yaşına çatmayan da var. Saxlanılanlara qarşı kütləvi aksiyaların, nümayişlərin keçirilməsi qaydasının pozulması ilə əlaqədar inzibati protokol tərtib olunacağı bildirilib.

Qeyd edək ki, M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb. Bu gün qatarla Polşadan Ukraynaya keçməsinə icazə verilməyən M. Saakaşvili “Krakoveç” sərhəd-keçid məntəqəsindən Ukraynaya keçməyə çalışacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR