“Erməni soyqırımı: real tarix, yaxud tarixin yalanı” adlı elmi-praktiki konfrans keçirilib

“Erməni soyqırımı: real tarix, yaxud tarixin yalanı” adlı elmi-praktiki konfrans keçirilib
# 24 aprel 2017 09:26 (UTC +04:00)

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu və Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsinin təşkilatçılığı ilə “Erməni soyqırımı: real tarix, yaxud tarixin yalanı” adlı elmi-praktiki konfrans keçirilib.

APA-nın xəbərinə görə, Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov ermənilərin Türkiyə və Azərbaycanda yerli əhaliyə qarşı apardıqları soyqırım siyasəti haqda məlumat verib. Türkiyənin Tələt Paşa Komitəsinin sədri Əli Erdinç bildirib ki, erməni saxtakarları tərəfindən türk millətinə, türk dünyasına böhtan atılır. O qeyd edib ki, 1915-ci ilin mart-aprel aylarında erməni komitələri Vanda minlərlə insanı qətlə yetirib: “1918-ci il martın 31-də Bakıda 30 min insan öldürülüb. 1915-ci il 24 aprel tarixində öldürülən türklər var. Biz bunlar haqda insanlara məlumat verməliyik”.

Dövlət Komissiyasının üzvü, millət vəkili İsa Həbibbəyli deyib ki, qondarma “erməni soyqırımı”na dəstək verənlər insan haqlarının deyil, haqsızlığın tərəfindədirlər: “Bir həftə əvvəl Azərbaycan Milli Elmlər Akademiyasında Qafqazşünasların beynəlxalq forumu keçirildi. Bu foruma qatılan dünya alimləri Azərbaycan və Türkiyə ilə həmrəy olduqlarını bildirdilər. Türkiyə və Azərbaycan alimləri birlikdə qondarma “erməni soyqırımı”nın gerçək mahiyyətini dünyaya göstərməyə davam edəcək. Ermənistan işğalçı dövlətdir”.

Moldovanın keçmiş parlament ombudsmanı Aureliya Qriqoriu Ermənistanın monoetnik dövlət olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Ermənistan dövləti öz ərazisində başqa xalqları görmək istəmir.

Konfrans çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR