Dələduzluqda təqsirləndirilən sabiq müstəntiq apellyasiya şikayəti verib

Dələduzluqda təqsirləndirilən sabiq müstəntiq apellyasiya şikayəti verib
# 29 yanvar 2018 09:35 (UTC +04:00)

Bakı şəhər Prokurorluğunun dələduzluq və digər cinayətdə təqsirləndirilən sabiq müstəntiqi Müşfiq Abbasov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, onun şikayəti üzrə ilkin baxış iclası yanvarın 31-də keçiriləcək. İclasa Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacaq. M. Abbasov şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, Səbayel Rayon Məhkəməsinin hökmü ilə M. Abbasov barəsində 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Məhkəmə iclası zamanı isə o, ev dustaqlığına buraxılıb.

O, həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR