Tikinti şirkətinin rəhbərinin məhkəməsində əlavə şahid dindirilib

Tikinti şirkətinin rəhbərinin məhkəməsində əlavə şahid dindirilib
# 06 dekabr 2017 12:00 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, iclasda əlavə şahid qismində Mahmud Kərimov ifadə verib. O bildirib ki, 2005-2013-cü illərdə "Fateh-N" MMC-nin mühasibi vəzifəsində çalışıb. O, şirkətdə alqı-satqı işlərinə baxmadığını deyib.

Proses dekabrın 13-də davam etdiriləcək.

İttihama görə, M. Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır.

Həmin şirkətin təsisçisi Ələsgər Ömərov bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

Ə. Ömərov İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR