"Azercell"dən super prizlər və sürpriz hədiyyələr qazan!

"Azercell"dən super prizlər və sürpriz hədiyyələr qazan!
# 14 dekabr 2019 11:17 (UTC +04:00)

Ölkənin aparıcı mobil operatoru 23-cü ildönümü ilə əlaqədar hər kəsi xüsusi İnstaqram yarışmasına dəvət edir.

1996-cı il 15 dekabr tarixində, Azərbaycanın ilk GSM mobil operatoru - "Azercell Telekom" ölkənin keçmiş prezidenti Heydər Əliyev tərəfindən edilən ilk mobil zəngi ilə fəaliyyətinə təkan verdi. 23-cü ildönümünü öz abunəçiləri ilə birgə qeyd etməyi arzulayan "Azercell" 15 dekabrda rəsmi "İnstagram" səhifəsi vasitəsilə xüsusi müsabiqə-viktorina elan edir. Müsabiqə yerli vaxtla 11.00-da başlayaraq, axşam 22.00-a qədər davam edəcək.

Belə ki, hər 30 dəqiqədən bir İnstaqramda "Azercell", onun məhsulları və xidmətləri ilə bağlı 23 sual yerləşdiriləcək və bu suallara ilk və düzgün cavab verən iştirakçılar şirkətdən hədiyyələr qazanacaqlar. 23 qeyri-adi super priz və 230 sürpriz hədiyyə öz sahibini gözləyir.

"İnstagram" profilinə sahib olan hər kəs yarışmada iştirak edərək suallara cavab verə və qalib gələ bilər.

Daim yenilənən İnstagram səhifəmizi izləyin və 23-cü ildönümümüzdə bizdən müstəsna hədiyyələr qazanmaq şansını qaçırmayın:

https://www.instagram.com/azercell/

Azərbaycanda etibarlı və ən qabaqcıl mobil rabitə həllərini təqdim edən "Azercell" 23-cü ildönümü sevincini abunəçiləri ilə bölüşməkdən böyük məmnunluq duyur.

Daha ətraflı məlumat üçün aşağıdakı linklərdən yararlanmaq olar:

www.azercell.com

https://www.instagram.com/azercell/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR