Suriyada Rusiyanın 4 hərbçisi həlak olub

Suriyada Rusiyanın 4 hərbçisi həlak olub
# 27 may 2018 11:40 (UTC +04:00)

Suriyada dörd Rusiya hərbçisi həlak olub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Suriyada terrorçuların hökumət qüvvələrinin artilleriya batareyasına hücumu zamanı 2 Rusiya hərbi müşaviri həlak olub, 5 hərbçi yaralanıb. Yaralılar Rusiya hərbi hospitalına gətirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Məlumatda bildirilir ki, bir saata yaxın davam edən döyüş nəticəsində 43 terrorçu məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR