Banklar 11 aydır dövlət vəsaiti hesabına ipoteka kreditləşməsini dayandırıb

Banklar 11 aydır dövlət vəsaiti hesabına ipoteka kreditləşməsini dayandırıb
# 11 yanvar 2017 08:57 (UTC +04:00)

Noyabr ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən ipoteka krediti verilməyib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əvvəlki 6 ayda olduğu kimi noyabrda da banklar tərəfindən ipoteka kreditləri verilməyib. Bununla belə, ötən ilin 11 ayında banklar tərəfindən 1,1 mln. manatlıq ipoteka krediti verilib.

Noyabr ayında dövlət büdcəsindən AİF-ə 4,9 mln. manat ayrılıb. Bununla da, ötən ilin 11 ayı ərzində dövlət büdcəsindən AİF-ə ayrılan vəsaitin həcmi 46,2 mln. manata çatıb.

Ötən ilin noyabr ayında AİF 0,6 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Əvvəlki 10 ayda olduğu kimi noyabrda da fondun istiqrazları yerləşdirilməyib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, ötən ilin dekabr 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 945,6 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,69%, aylıq ödəniş isə 295,8 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR