Türkiyə prezidenti: "Azərbaycanla əlaqələr yüksək səviyyədədir və daha da inkişaf edəcək"

Türkiyə prezidenti: "Azərbaycanla əlaqələr yüksək səviyyədədir və daha da inkişaf edəcək"
# 07 iyul 2018 11:52 (UTC +04:00)

"Azərbaycanla əlaqələn yüksək səviyyədədir və bu əlaqələr daha da inkişaf edəcək".

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan bunu bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlamentdə qrup toplantısında bildirib. İyunun 24-də növbədənkənar prezident seçkilərində yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərinin Azərbaycana olacağını təsdiqləyib.

R. T. Ərdoğan deyib ki, ənənə davam etdiriləcək, iyulun 10-da Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR