Cəzaçəkmə Müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb

Cəzaçəkmə Müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb
# 09 fevral 2018 15:43 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.4; 234.4.1; 234.4.2; 234.4.3; 315.2; 66.3; 67.1 və 234.1-ci maddələrinə əsasən 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şamilov Zöhrab Əhməd oğlunun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Sumqayıt şəhər sakini Cəfərov İlqar Südgül oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən 1,032 qram narkotik maddə - marixuana aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR