"Muğanbank" kapitalını artırır

"Muğanbank" kapitalını artırır
# 07 noyabr 2016 09:47 (UTC +04:00)

Noyabrın 4-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Muğanbank" ASC-nin hər birinin nominal dəyəri 200 manat olan 40 000 ədəd adi səhmlərin əlavə buraxılışı dövlət qeydiyyatına alınıb.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Hazırda bankın nizamnamə kapitalı 55 mln. manatdır. Beləliklə, yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 8 mln. manat və ya 14,5% artaraq 63 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR