Ötən il TRACECA dəhlizi ilə 50 milyon tondan çox yük daşınıb

Ötən il TRACECA dəhlizi ilə 50 milyon tondan çox yük daşınıb
# 02 mart 2017 09:32 (UTC +04:00)

2016-cı ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 50,3 mln. ton, yük dövriyyəsi isə 9917,4 mln. ton-km olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 31,5 mln. tonu və ya 62,6%-i avtomobil nəqliyyatı, 13,8 mln. tonu və ya 27,4%-i dəmir yolu nəqliyyatı, 5,0 mln. tonu və ya 10,0%-i dəniz nəqliyyatı ilə daşınıb.

2015-ci illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 3,7% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 10,9% və 17,7%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,7%-ni və ya 7,9 mln. tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR