“Azərsu”: "Su təhlükəsizliyinin təmin edilməsi məqsədilə böyük investisiya tutumlu layihələr icra edilib"

“Azərsu”: "Su təhlükəsizliyinin təmin edilməsi məqsədilə böyük investisiya tutumlu layihələr icra edilib"
# 24 noyabr 2017 08:40 (UTC +04:00)

"Su təhlükəsizliyinin təmin edilməsi məqsədilə son illərdə ölkəmizdə böyük investisiya tutumlu layihələr icra edilib".

"APA-Economics" xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənov Bakıda BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində keçirilən "Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.

K.Həsənovun sözlərinə görə, son 5 ildə ümumi tutumu 460 mln. kubmetr olan su anbarları istifadəyə verilib.

"Ümumi tutumu 460 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarlarının istismara verilməsi, əhalinin içməli su təchizatının yaxşılaşdırılması və suvarılan torpaq sahələrinin genişləndirilməsi, başqa sözlə ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda istismarda olan sutəmizləyici qurğularda suyun keyfiyyətinə tam nəzarət olunur",- deyə sədr müavini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR