Fransa polisi ölkə parlamentində axtarış aparır

Fransa polisi ölkə parlamentində axtarış aparır
# 31 yanvar 2017 14:35 (UTC +04:00)

Fransa polisi dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı cinayət işinin istintaqı çərçivəsində ölkə parlamentində axtarış aparır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, müstəntiqlər prezidentliyə namizəd Fransua Fiyonun həyat yoldaşının adının hallandığı cinayət işinə (“Penelopa Fiyonun işi”) aid sənədləri axtarır.


İstintaqın qənaətinə görə, həmin sənədlərdə F. Fiyonun baş nazir olduğu zaman həyat yoldaşına hansı məbləğdə maaş təyin etdiyi göstərilir. Fransa mətbuatının apardığı araşdırma nəticəsində məlum olub ki, Penelopa Fiyon bir neçə il ərzində F. Fiyonun parlamentdə köməkçisi olub və buna görə məvacib alıb. Konkret iş görməyən P. Fiyon bu müddət ərzində 500 min avro alıb.

Fransa prokurorluğu məsələ ilə bağlı istintaqa başlayıb. F. Fiyon və həyat yoldaşı ayrılıqda 5 saat ərzində müstəntiqlərin suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR