Binəqədidən olan aprel şəhidlərinin məzarları ziyarət edilib

Binəqədidən olan aprel şəhidlərinin məzarları ziyarət edilib
# 05 aprel 2018 13:42 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin birgə təşkilatçılığı, Binəqədi rayon Gənclər və İdman İdarəsi, YAP Binəqədi rayon təşkilatı gənclər birliyi üzvlərinin iştirakı ilə Aprel qələbəsinin ildönümü çərçivəsində Binəqədi rayonundan olan aprel şəhidlərinin məzarları ziyarət edilib.

2016-cı il aprel döyüşlərinin ikinci ildönümünün qeyd edilməsi ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Elman Dadaşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Novruz Rəhimov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, bir qrup fəal gənc, eləcə də şəhidlərin valideynlərinin iştirakı ilə Aprel döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olmuş Emin Bağırov və Fəxrəddin Qurbanlının xatirəsi anılıb, ziyarət edilərək məzarları önünə əklillər qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR