Tovuzda yol qəzası baş verib, 3 nəfər yaralanıb

Tovuzda yol qəzası baş verib, 3 nəfər yaralanıb
# 04 sentyabr 2015 20:24 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə sentyabrın 4-də axşam saatlarında Tovuz şəhərinin girişində qeydə alınıb.

Rayonun Cəlilli kənd sakini, 1959-cu il təvəllüdlü Mübariz Namazov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında beton səddə çırpılıb. Qəza zamanı sürücü, onun gəlini, 1993-cü il təvəllüdlü Mahirə Namazova və azyaşlı nəvəsi müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR