Xədicə İsmayılovun məhkəməsi təxirə salınıb

Xədicə İsmayılovun məhkəməsi təxirə salınıb
# 12 avqust 2015 10:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Ali Məhkəmədə həbsdə olan jurnalist Xədicə İsmayılın barəsində olan məhkəmə qərarından verilən şikayət əsasında məhkəmə prosesi keçirilib.

X. İsmayilovanın vəkili Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, prosesdə Elman Həsənovun (Türkoğlu) nümayəndəsinin iştirakının təmin edilməsi ilə bağlı vəsatət qaldırıb: “Mən də bildirdim ki, prosesdə Xədicə İsmayılovanın da iştirakı təmin edilsin. Buna görə məhkəmə proses avqustun 26-dək təxirə salındı”.

Qeyd edək ki, Elman Həsənov (Türkoğlu) X. İsmayılın “facebook” sosial şəbəkəsində onun şərəf və ləyaqətini alçaltdığını və böhtan xarakterli məlumat yaymasını əsas gətirərək, Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Binəqədi Rayon Məhkəməsi isə X. İsmayılın 2500 manat cərimələnməsi barədə qərar çıxarıb. Həmin qərardan X. İsmayılın vəkilləri apellyasiya şikayəti veriblər.

X. İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və digər maddələrə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR