Şabranda yük maşını aşıb, xəsarət alan var - FOTO

Şabranda yük maşını aşıb, xəsarət alan var - FOTO
# 22 fevral 2020 13:39 (UTC +04:00)

Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun rayonun Uzunboyad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1953-cü il təvəllüdlü Novruzov Fərman Məhəmmədəli oğlunun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin tibbi yardımdan sonra o, paytaxtda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR