“Dəmirbank”ın kredit portfeli azalıb

“Dəmirbank”ın kredit portfeli azalıb
# 11 avqust 2017 10:06 (UTC +04:00)

“Dəmirbank”ın aktivlərinin həcmi 2017-ci ilin II rübündə 485,517 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,77% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 27% azalaraq 285,180 mln. manat olub.

Hesabat dövrünün sonuna bankın depozit portfelinin həcmi 148,888 mln. manat, əhalinin əmanətlərin həcmi 135,000 mln. manat təşkil edib. Öhdəliklərin həcmi isə cari ilin birinci yarısında 447,920 mln. manat olub.

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 20,982 mln. manat, məcmu kapital isə 42,004 mln. manat təşkil edib.

Qeyd edək ki, bank bu ilin birinci yarısını 8 mln. 450,73 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR