Bakıətrafı dəmir yolu xəttinin icra vəziyyəti yoxlanılıb

Bakıətrafı dəmir yolu xəttinin icra vəziyyəti yoxlanılıb
# 30 may 2018 12:21 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı şəhərətrafı dəmir yolu xəttinin yenidən qurulması işlərinin icra vəziyyəti ilə tanış olmaq üçün Sabunçu stansiyasında olub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Ecomonics”ə verilən məlumata görə, hazırda Sabunçu stansiyasında yolların və yoldəyişənlərin yenilənməsi, dəmir yolu keçidlərinin avtomobil yolu ilə kəsişməsinin yenidən qurulması, lazımi yerlərdə yerüstü və piyadalar üçün yeraltı keçidlərin inşası, yolun ətrafının hasarlanması, elektrik təchizatı və işarəvermə ilə rabitə sisteminin gücləndirilməsi, stansiyada binaların və platformaların yenidən qurulması işləri aparılır.

C. Qurbanov həmçinin polad magistralda görülən işlərlə tanış olmaq üçün Sumqayıt-sərnişin, Biləcəri yuyucu-buxarlayıcı stansiyalarında, Motorlu rels nəqliyyatı, maşın-mexanizmlərin təmiri emalatxanasında olub və yeni texnologiyaların tətbiqi istiqamətində reallaşdırılan işlərə baxış keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR