Ali məktəblərin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb - YENİLƏNİB

Ali məktəblərin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 21 avqust 2017 15:40 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

Bu barədə APA-ya DİM-dən bildirilib. Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.

***

17:18

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraicət edib. DİM-dən APA-ya verilən xəbərə görə, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR