Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkəti bərpa edilib

Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkəti bərpa edilib
# 05 oktyabr 2017 15:45 (UTC +04:00)

Lerik rayonunda sel sularının yaranması və sürüşmənin aktivləşməsi nəticəsində Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində dağ yamaclarından yolun hərəkət hissəsinə qaya parçaları, palçıq və ağac tökülüb.

"Azəravtoyol" ASC- dən “APA-Economics”ə verilən məlumata görə, nəticədə nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb.

“Əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub. Qısa müddət ərzində yolun hərəkət hissəsi qaya, palçıq və ağac qalıqlarından təmizlənərək nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Hazırda yol nəzarət altında saxlanılır”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR