Səfir: "Brüssel sammiti Azərbaycan-Aİ sazişi ilə bağlı işlərin intensivləşməsinə kömək edib"

Səfir: "Brüssel sammiti Azərbaycan-Aİ sazişi ilə bağlı işlərin intensivləşməsinə kömək edib"
# 29 noyabr 2017 11:11 (UTC +04:00)

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammiti çox uğurlu keçdi”.

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Brüssel sammitinin nəticələrini APA-ya şərh edərkən deyib.

Səfirin sözlərinə görə, sammit çərçivəsində gündəlikdə olan məsələlər müzakirə edilib, gələcəyə dair mərhələlər müəyyənləşdirilib: “Sammitdə bütün tərəfdaş ölkələrin liderləri bir yerə toplanaraq indiyə qədər nail olunanları müzakirə etmək imkanı əldə etdilər. Geniş birgə bəyannamə qəbul edildi. Aİ ilə Azərbaycan arasında Trans-Avropa Nəqliyyat Şəbəkəsinə dair sənəd imzalandı. Bu sənəd Avropa nəqliyyat şəbəkəsinə yeni relslər və yol dəhlizlərinin qoşulmasına kömək edəcək. Sammit çərçivəsində başqa sazişlər də imzalandı və düşünürəm ki, tərəflər çox razı qaldı”.

Səfir bildirib ki, sammit Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı işlərin intensivləşməsinə kömək edib: “Sammit gələcək əməkdaşlıq imkanları yaradır. Azərbaycanla Aİ arasında yeni sazişə dair danışıqlar yeni mərhələyə qədəm qoyacaq. Dəqiq tarix hələ məlum deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR