Suriyada Rusiyaya məxsus “Su-25” tipli təyyarə vurulub - YENİLƏNİB

Suriyada Rusiyaya məxsus “Su-25” tipli təyyarə vurulub - <span style="color: red;">YENİLƏNİB
# 03 fevral 2018 18:58 (UTC +04:00)

Suriyanın İdlib əyalətində Rusiyaya məxsus “Su-25” tipli təyyarə vurulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında bildirilir. Məlumata görə, pilot katapult etməyə imkan tapa bilib, lakin silahlılarla döyüşərək həlak olub.

Məlumatda həmçinin bildirilir ki, pilotun katapult etdiyi ərazi “Cəbhət ən Nüsrə” qruplaşmasının nəzarətində olub.

Təyyarənin zenit-raket kompleksindən vurulduğu bildirilir.

Pilotun cəsədinin Rusiya tərəfinə qaytarılması istiqamətində tədbirlər görülür.

İnsidentdən sonra Rusiya aviasiyası "Su-25" təyyarəsinin vurulduğu əraziyə aviazərbə endirib. Nəticədə azı 30 terrorçunun öldüyü bildirilir.

***** 20.32

Suriyanın İdlib əyalətində “Su-25” tipli təyyarə vurulub. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, təyyarənin Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus olduğu ehtimal edilir.

Məlumata görə, pilot katapult etməyə imkan tapa bilib.

“Sky News Arabia” telekanalı təyyarənin “yer-hava” sinfinə aid raketlə vurulduğunu vurğulayıb.

Məlumat rəsmən təsdiqlənməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR