"ABB-Moskva"ya yeni rəhbər təyin olunub - EKSKLÜZİV

"ABB-Moskva"ya yeni rəhbər təyin olunub - <span style="color: red;">EKSKLÜZİV
# 18 yanvar 2017 13:27 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi olan "ABB-Moskva"nın Müşahidə Şurasına yeni sədr təyin olunub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, bu vəzifəyə Zaur Qaraisayev təyin olunub. Bu təyinatadək Z. Qaraisayev "Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin müavini olub. "Bank of Baku"nun İdarə Heyətinin sədri Abbas İbrahimov ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alandan sonra bu vəzifəni müvəqqəti olaraq Z. Qaraisayev icra edirdi.

Z. Qaraisayev yeni vəzifəsində Elmir Həbibullayevi əvəzləyib. E. Həbibullayev hazırda ABB-nin İdarə Heyəti sədrinin müavinidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR