Bakıda bank işçisi qanunsuz olaraq müştərinin avtomobilini əlindən alıb

Bakıda bank işçisi qanunsuz olaraq müştərinin avtomobilini əlindən alıb
# 12 avqust 2015 14:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bank işçisi qanunsuz olaraq müştərinin avtomobilini əlindən alıb.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Vüqar Nəsibov polisə ərizə ilə müraciət edərək “Nikoil” bankdan kreditə “VAZ-2107” markalı avtomobil götürdüyünü bildirib. Bankın işçisi Elnur Süleymanov V. Nəsibovun ödənilməyən 990 manat borcu olduğu üçün maşını onun əlindən alıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, E. Süleymanov məhkəmə qərarı olmadan özbaşınalıq edərək V. Nəsibovdan avtomobili alıb.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR