“Ərzaq məhsullarının tədarükü və təchizatı" öhdəliklərini 62% artırıb

“Ərzaq məhsullarının tədarükü və təchizatı" öhdəliklərini 62% artırıb
# 04 may 2018 09:13 (UTC +04:00)

“Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin 2017-ci il üçün maliyyə hesabatını açıqlayıb.

APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı”nın cəmi aktivləri 2016-cı illə müqayisədə 70,37% artaraq 70 mln. 990,472 min manat olub.

Hesabat dövründə ASC-nin uzunmüddətli aktivləri 6,97 dəfə artaraq 4 mln. 759,040 min manat, qısamüddətli aktivləri isə ötən illə müqayisədə 61,59% artaraq 66 mln. 231,431 min manat təşkil edib.

Hesabat dövründə ASC-nin cəmi öhdəlikləri 62,50% artaraq 67 mln. 301,733 min manat olub. 2017-ci ildə şirkətin cəmi uzunmüddətli öhdəlikləri 4 mln. 655,569 min manat, cəmi qısamüddətli öhdəlikləri isə 62 mln. 646,163 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı sabit qalaraq 100 min manat təşkil edib, cəmi kapital 3 mln. 688,739 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 54,64 dəfə çoxdur. Bölüşdürülməmiş mənfəəti isə 3 mln. 588,739 min manat təşkil edib.

2017-ci ildə “Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin qısamüddətli kreditor borcları 41 mln. 161,612 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 11,77 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR