Çində 5 nəfər zəncirvari qəzanın qurbanı olub

Çində 5 nəfər zəncirvari qəzanın qurbanı olub
# 20 fevral 2017 02:39 (UTC +04:00)

Çinin cənubundakı Yunynan əyalətində baş vermiş ağır yol qəzası nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Çjoatun şəhəri yaxınlığında iki yük və üç minik avtomobili toqquşub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, bundan əvvəl Çinin Quandun əyalətində minivenin yük maşının ilə toqquşması nəticəsində 6 nəfər ölüb, 3-ü xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR