Paşha Bank
Bank Of Baku

Bu il 254 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb

Pensiya, müavinət, təqaüd

© APA | Pensiya, müavinət, təqaüd

# 16 dekabr 2021 10:44 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, bu ilin 1 dekabr tarixinədək 254 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada olmaqla proaktiv şəkildə həyata keçirilib. Onlardan 47 mini pensiya, 207 mini müavinət və təqaüd təyinatı olub.

O cümlədən, bu ilin 11 ayında 128,3 min pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən təyin edilib.

Nazirliyin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda bu hüququn müraciət olunmadan və sənəd təqdim edilmədən avtomatik reallaşdırılmasını təmin edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR