Gədəbəydə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var

Gədəbəydə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var
# 26 noyabr 2016 20:39 (UTC +04:00)

Gədəbəydə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəyə Qarabulaq kəndinə gedən yolda qeydə alınıb.

Rayon mərkəzindən kənd istiqamətində hərəkət edən “KAvZ” markalı avtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtobusun sürücüsü 1966-cı il təvəllüdlü Vüqar Alıməmmədov hadisə yerində ölüb. Maşında olan sərnişinlərdən 5 nəfəri müxtəlif bədən xəsarətləri alaraq Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR