Qırğız Respublikasında Gəncə şəhərinin təqdimatı keçirilib

Qırğız Respublikasında Gəncə şəhərinin təqdimatı keçirilib
# 29 oktyabr 2016 13:47 (UTC +04:00)

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin yaradıcı ziyalılarının və elm xadimlərinin XI Forumu keçirilib.

APA-nın məlumatına görə, foruma Azərbaycandan millət vəkillərindən, elm, mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti qatılıb.

Qırğız Respublikası baş nazirinin müavini Qulmira Kudayberdiyeva və Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy açılış nitqləri ilə çıxış ediblər.

Daha sonra Mixail Şvıdkoy çıxış edərək, bildirib ki, 2016-cı ilin sentyabr ayının 16-da Bişkek şəhərində keçirilən MDB Dövlət Başçılarının Sammitində Gəncə şəhərinin 2017-ci ildə MDB-nin mədəniyyət paytaxtı olması ilə bağlı qərar qəbul olunub.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov Gəncədə yaradılmış müasir infrastruktur, milli adət-ənənələrin qorunub saxlanması, eləcə də şəhərdə keçirilən beynəlxalq tədbirlər haqqında məlumat verib. Daha sonra Gəncənin tarixi, mədəniyyəti, inkişafı və şəhərdə keçirilən beynəlxalq tədbirlərdən bəhs edən film forum iştirakçılarının diqqətinə təqdim olunub.

Sonda Gəncə Dövlət Filarmoniyasının muğam ifaçıları konsert proqramı ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR