Lənkəranda tank əleyhinə mina aşkar edilib

Lənkəranda tank əleyhinə mina aşkar edilib
# 05 oktyabr 2017 16:47 (UTC +04:00)

Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Lənkəran şəhərində dəniz sahilində 1 ədəd tank əleyhinə minanın olması barədə məlumatlar daxil olub. ANAMA-dan APA-ya verilən məlumata görə, dərhal həmin əraziyə ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu göndərilib.

Mütəxəssislər tərəfindən həmin ərazidə yerləşən 10 saylı yanalma məntəqəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilib. Daşınması mümkün olduğuna görə tank əleyhinə mina götürülərək zərərsizləşdirilməsi üçün mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş tank əleyhinə minanın ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR