Gürcüstan XİN başçısının müavini: "Azərbaycanla birgə regionda sabitliyi təmin edirik"

Gürcüstan XİN başçısının müavini: "Azərbaycanla birgə regionda sabitliyi təmin edirik"
# 11 may 2018 17:40 (UTC +04:00)

“Gürcüstanla Azərbaycan regionda sülh və sabitliyi birgə təmin edir".

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan xarici işlər nazirinin müavini David Dondua deyib.

O bildirib ki, Azərbaycan Gürcüstana dost və qardaş ölkədir: "Azərbaycan və Gürcüstan əməkdaşlığı yalnız iki ölkənin xalqları üçün deyil, bütövlükdə regionda rifaha xidmət edir. Biz bölgəni yalnız ölkələrimiz üçün deyil, xarici investorlar üçün də cəlbedici edirik".

D. Dondua qeyd edib ki, Gürcüstan və Azərbaycanın gələcək nəsilləri iki xalq arasında dostluq əlaqələrinin genişləndirilməsinə çalışmalı və bir-birinin mədəniyyətləri ilə yaxından tanış olmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR