Masallıda ev yanıb

Masallıda ev yanıb
# 01 avqust 2017 14:46 (UTC +04:00)

Masallı rayonunda yaşayış evində yanğın baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Bədəlan kəndində qeydə alınıb.

Kənd sakini İdvan Hidayət oğlu Əhmədova məxsus yaşayış evində anidən yanğın baş verib. Dərhal hadisə yerinə Masallı Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomaşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Yanğının baş vermə səbəbi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR