Tbilisidə kütləvi etiraz aksiyası bərpa olunub

Tbilisidə kütləvi etiraz aksiyası bərpa olunub
# 01 iyun 2018 14:20 (UTC +04:00)

Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında kütləvi etiraz aksiyası bərpa olunub.

APA-nın yerli bürosunun məlumatına görə, “Məni öldürmə” şüarı altında keçirilən aksiyaya əsasən məktəblilər və gənclər qoşulub.

Aksiyaya ali məktəb tələbələri, məhkəmə sistemindən narazı vətəndaşlar da dəstək verir.

Oğlu ötən ilin dekabrında qətlə yetirilmiş Zaza Saralidze çıxışında deyib ki, heç bir siyasi maraqları yoxdur: "Məqsədim ədalətə və oğlumun qatillərinin cəzalandırılmasına nail olmaqdır". O qeyd edib ki, dəfələrlə daxili işlər naziri Giorgi Qaxariya ilə görüşsə də, heç bir nəticə əldə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR