Palata sədri: "Bəzi qurumlar nöqsana yol vermiş vəzifəli şəxslər barəsində zəruri tədbirlər görməyib"

Palata sədri: "Bəzi qurumlar nöqsana yol vermiş vəzifəli şəxslər barəsində zəruri tədbirlər görməyib"
# 14 aprel 2017 10:38 (UTC +04:00)

"2016-cı il üzrə nəzarət tədbiri kimi audit aparılan qurumlar tərəfindən 443 nəfər barədə bir sıra intizam-tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məlumatlar Hesablama Palatasına daxil olub".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, bəzi qurumlar tərəfindən nöqsan və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib.

"Həmçinin, bu tədbirlərin preventiv xarakter daşımasını nəzərə alaraq tətbiq edilən tədbirlər əvvəlki illərdə olduğu kimi kifayət qədər sərt olmayıb”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR