Kipr məsələsi üzrə beynəlxalq konfrans yanvarın 18-də davam etdiriləcək

Kipr məsələsi üzrə beynəlxalq konfrans yanvarın 18-də davam etdiriləcək
# 13 yanvar 2017 00:26 (UTC +04:00)

Kipr məsələsi üzrə beynəlxalq konfrans yanvarın 18-də müavinlər səviyyəsində keçiriləcək işçi qrupunun iclasından sonra davam etdiriləcək.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin Cenevrə bölməsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, BMT baş katibinin Kipr üzrə xüsusi elçisi Espen Bart Eyde yanvarın 13-də saat 10.30-da (Bakı vaxtı ilə 13.30-da) Cenevrədə yanvarın 12-də keçirilmiş görüşlə bağlı mətbuat konfransı keçirəcək.

BMT-nin ötən axşam yaydığı rəsmi bəyanatına əsasən, Kipr danışıqlarının iştirakçıları diskussiyaların davam etdirilməsinə dair razılığa gəliblər. Belə ki, yanvarın 18-də müavinlər səviyyəsində işçi qrupunun iclası keçiriləcək. İclasda müzakirəyə çıxarılacaq konkret məsələlər müəyyən ediləcək. Bundan sonra konfrans işini davam etdirəcək. Paralel olaraq türk və yunan icmaları arasında da danışıqlar davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR