Azərbaycanda istehsal olunan avtomobillərin ixracı təşkil olunacaq

Azərbaycanda istehsal olunan avtomobillərin ixracı təşkil olunacaq
# 06 mart 2019 15:00 (UTC +04:00)

“Azərmaş” avtomobil zavodu tərəfindən bu günədək 1300-dən çox avtomobil istehsal olunub.

ONA-nın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il avtomobillərin istehsal həcmi 3000-dək artacaq və artıq şirkət tərəfindən istehsal olunan məhsulların ixracına dair danışıqlar aparılır.

"Konkret olaraq Ukrayna ilə bu istiqamətdə danışıqlar aparılır və yaxın zamanlarda bu danışıqlar düşünürəm ki, uğurla nəticələnəcək və Azərbaycanda istehsal olunan avtomobillərin ilk dəfə ixracı təşkil olunacaq", - deyə nazir müavini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR