Deputat kəndlərdə sakinləri qəbul edib

Deputat kəndlərdə sakinləri qəbul edib
# 22 sentyabr 2017 07:49 (UTC +04:00)

Millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.

Deputatın qərargahından APA-ya bildirilib ki, millət vəkili rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla bir yerdə Mücü və Xankəndi kəndlərində seçicilərini qəbul edib, onları maraqlandıran məsələlər barədə müzakirələr aparıblar. Sakinlər müxtəlif mövzularda müraciətlər ediblər. Sosial yönümlü məsələlərlə yanaşı kəndin yol, elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi, təbii qaz və elektrik transformatorunun dəyişdirilməsi məsələləri diqqət mərkəzində olub. Deputat bu problemlərin həlli üçün müvafiq qurumlara müraciətin ediləcəyini bildirib.

Bir neçə məsələ yerindəcə müsbət həllini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR