Neftin qiyməti maydan etibarən ilk dəfə 54 dolları ötüb

Neftin qiyməti maydan etibarən ilk dəfə 54 dolları ötüb
# 06 sentyabr 2017 13:45 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar və ya 0,92% artaraq 49,11 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,77 dollar və ya 1,44% artaraq 54,15 dollar olub.


Beləliklə, Brent markalı neftin qiyməti mayın 25-dən etibarən ilk dəfə 54 dolları ötüb.


"Qara qızıl"ın bahalaşdıran amilə gəlincə, buna səbəb ABŞ-da neftə olan tələbatın artması və OPEC+ tərəfindən hasilatın azaldılmasına dair razılaşmanın müddətinin uzadılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR