Almaniyada sovet dustaqlarının məzarları tapılıb

Almaniyada sovet dustaqlarının məzarları tapılıb
# 09 mart 2019 04:28 (UTC +04:00)

Almaniyanın qərbindəki Arnsberq meşəsində İkinci Dünya müharibəsi zamanı güllələnmiş SSRİ və Polşa dustaqlarının məzarları aşkar olunub.

ONA-nın RBK-ya istinadən yaydığı xəbərə görə, Zauerlend regionunda güllələnməni təsdiqləyən 400-dən artıq əşyayi-dəlil tapılıb.

Burada ayaqqabı, geyim parçaları, sovet dəmir pulları və digər əşyalar var.

Məlumata görə, güllələnənlərin çoxu qadın olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR