Azərbaycanda qaz hasilatı 17%-ə qədər azalıb

 Azərbaycanda qaz hasilatı 17%-ə qədər azalıb
# 05 oktyabr 2017 15:53 (UTC +04:00)

Bu ilin avqust ayında Azərbaycanda 2 mlrd. 77,6 min kubmetr qaz hasil edilib.

"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu, 2016-cı ilin avqust ayı ilə müqayisədə 16,76% azdır. Bu ilin iyul ayı ilə müqayisədə isə 16,72% azdır.

Bu ilin yanvar-avqust aylarında ümumilikdə ölkədə 18 mlrd. 704,1 mln. kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin 8 ayı ilə müqayisədə 6,37% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 mlrd. 472,4 mln. kubmetr, fevralda 2 mlrd. 222,3 mln. kubmetr, mart ayında 2 mlrd. 201.3 mln. kubmetr, apreldə 2 mlrd. 366,2 mln. kubmetr, mayda 2 mlrd. 462,7 mln. kubmetr, iyunda isə 2 mlrd. 406 mln. kubmetr, iyul ayında isə 2 mlrd. 494,7 min kubmetr həcmində qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR