“Azərbaycan Dəmir Yolları”nın 2 tibb müəssisəsi əsaslı təmirdən sonra istifadəyə verilib

“Azərbaycan Dəmir Yolları”nın 2 tibb müəssisəsi əsaslı təmirdən sonra istifadəyə verilib
# 04 iyun 2018 10:26 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan Biləcəri mərkəzi dəmir yolu xəstəxanasının doğum şöbəsi və 2 saylı Bakı dəmir yolu poliklinikası əsaslı təmirdən sonra istifadəyə verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürov iştirak edib. Bildirilib ki, son üç il ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin həyatında da yeni dönəm başlayıb. Yeni-yeni beynəlxalq və regional layihələr uğurla icra olunur, infrastruktur yenilənir, yenidənqurma işləri davam edir. Dəmir yolunun bütün sahələrində olduğu kimi, Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri də yenidən qurulur, dəmiryolçulara və onların ailə üzvlərinə nümunəvi tibbi xidmət göstərmək üçün yeni tibbi avadanlıqlar alınır.

Sonra tədbir iştirakçıları əsaslı təmir olunan Biləcəri mərkəzi dəmir yolu xəstəxanasının doğum şöbəsi və 2 saylı Bakı dəmir yolu poliklinikasına baxış keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR