Kriştianu Ronaldo Paolo Maldinini arxada qoyub

Kriştianu Ronaldo Paolo Maldinini arxada qoyub
# 27 noyabr 2019 00:44 (UTC +04:00)

Çempionlar Liqasının qrup mərhələsinin V turunun “Atletiko” ilə hazırda davam edən oyunu “Yuventus”un futbolçusu Kriştianu Ronaldonun 175-ci avrokubok matçı olub.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz bununla da Paolo Maldinini arxada qoyub.

İtaliyalının hesabında 174 oyun var. Bu göstəricidə mütləq rekord ispaniyalı qapıçı İker Kasilyasa məxsusdur – 188 matç.

K.Ronaldo rekorddan 13 oyun geri qalır. Portuqaliyalı artıq gələn mövsümdə bu göstəricini arxada qoya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR