“MİDA” ilə əməkdaşlığa başlayan kredit təşkilatları sırasına daha bir bank daxil olub

“MİDA” ilə əməkdaşlığa başlayan kredit təşkilatları sırasına daha bir bank daxil olub
# 11 avqust 2017 08:43 (UTC +04:00)

“MİDA” MMC “Unibank” ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu barədə “APA-Economics”ə “MİDA”dan məlumata verilib.

“Azərbaycan Respublikasının Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin yararlana biləcəyi güzəştlərdən biri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına veriləcək güzəştli ipoteka kreditidir. Belə ki, “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankları sırasına daxil olan və Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları vasitəsilə əldə edə biləcəklər”, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, “Unibank” vətəndaşlara “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış 3-cü bankdır. Daha öncə analoji müqavilələr “Kapital Bank” və “Bank BTB” ilə bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR