Bolqarıstanda sərnişin qatarı yanıb

Bolqarıstanda sərnişin qatarı yanıb
# 30 mart 2018 23:22 (UTC +04:00)

Bolqarıstanda sərnişin qatarında yanğın baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, qatarın iki vaqonu tamamilə yanıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğının səbəbləri barədə məlumat verilmir. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR