Bakıda Qarabağ müharibəsi əlililəri və şəhid ailələrinə 135 mənzil veriləcək

Bakıda Qarabağ müharibəsi əlililəri və şəhid ailələrinə 135 mənzil veriləcək
# 03 aprel 2018 07:35 (UTC +04:00)

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edib.

"APA-Economics"in məlumatına görə, tender 1 lot üzrə, Bakı şəhərində mənzil növbəsində olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 ədəd 1 otaqlı, 84 ədəd 2 otaqlı, 39 ədəd 3 otaqlı mənzillərin satın alınması məqsədini daşıyır.

İddiaçılar sənədləri aprelin 25-nə qədər, tender təklifi və bank təminatını isə mayın 4-nə qədər təqdim etməlidir.

İddiaçıların təkliflərinə mayın 7-də baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR